Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir. Dövrümüz informasiya dövrüdür.
Bu dövrdə informasiya siyasətinin düzgün qurulması, media orqanlarının təsir gücünün artırılması və yeni texnologiyalara adaptasiya prosesində uğur qazanmaq üçün beynəlxalq əməkdaşlıq platformalarının rolu əvəzolunmazdır.
Məhz belə bir məqamda – medianın transformasiya dövründə – Azərbaycanın ev sahibliyi etdiyi III Şuşa Qlobal Media Forumu dünya informasiya cəmiyyətinə mühüm töhfə verməklə yanaşı, qlobal siyasi və texnoloji çağırışlara verilən strateji cavab oldu.
Forumun əsas məqsədi təkcə media sahəsində əməkdaşlıq əlaqələrini genişləndirmək deyildi.
Bu tədbir, eyni zamanda, Azərbaycanın müstəqil informasiya siyasətini, açıq kommunikasiya modelini və transmilli informasiya şəbəkələrində öz sözünü demək niyyətini dünyaya nümayiş etdirmək idi.
Prezident İlham Əliyevin bu forumda iştirakı və açıq suallara verdiyi cavablar tədbirin siyasi çəkisini daha da artırdı.
Şuşa kimi strateji və simvolik bir məkanda belə bir forumun keçirilməsi isə Azərbaycanın mədəniyyət paytaxtından dünyaya ünvanladığı çağırış idi: Qlobal informasiya nizamı ədalətli və inklüziv olmalıdır.
Forum dünyanın müxtəlif ölkələrindən olan aparıcı media qurumlarının, beynəlxalq təşkilatların, ictimai xadimlərin və jurnalistlərin iştirakı ilə gerçəkləşdi.