III turdan təxirə salınan oyunun təyinatları açıqlanıb

04.11.2024

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Misli Premyer Liqasının III turundan təxirə salınan “Zirə” – “Araz-Naxçıvan” oyununun təyinatları bəlli olub.

Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanın baş hakimi Rauf Cabarov olacaq.

Ona Eyyub İbrahimov ilə Asiman Əzizli kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Kamran Əliyev yerinə yetirəcək. VAR-da Nicat İsmayıllı, AVAR-da Kamran Bayramov əyləşəcəklər. Ramil Diniyev hakim-inspektor, İlham Əliyev AFFA nümayəndəsi kimi təyinat alıblar.

Qeyd edək ki, qarşılaşma noyabrın 6-da, saat 19:00-da Zirə İdman Kompleksinin stadionunda gerçəkləşəcək.

Yeqor Xvalko: "Kəpəz" təzyiq altında xal qazanır" - Müsahibə Millimizin üzvünə İsveçdən təklif var Şahin Diniyevin xələfi kim olacaq? - Namizədlər bəllidir "Sabah" "Kəpəz"lə matça itki ilə çıxacaq Messi "Barselona"ya qayıda bilər
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью