III “Ulduz Cup” başa çatdı

27.08.2026

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gənclər və İdman Nazirliyi, AFFA və “Ulduz” Futbol Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən III “Ulduz Cup” beynəlxalq turniri başa çatıb. Quba Olimpiya İdman Kompleksində baş tutan yarışda 7 müxtəlif ölkədən 12 komanda mübarizə aparıb.

Futbolpress.az xəbər verir ki, avqustun 24-dən 27-dək davam edən turnirin bağlanış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, rayon ictimaiyyətinin nümayəndələri və azarkeşlər iştirak ediblər.

Həlledici final qarşılaşmasında meydan sahibi “Ulduz” Futbol Akademiyası Polşanın “Drukarz” komandası ilə üz-üzə gəlib. Gərgin keçən matçda Polşa təmsilçisi minimum hesablı qələbə qazanaraq turnirin çempionu olub – 1:0.

Üçüncü yer uğrunda təsəlli təsəlli oyununda isə “Qarabağ” Özbəkistanın “Paxtakor” klubuna 0:2 hesabı ilə məğlub olaraq yarışı 4-cü pillədə tamamlayıb. Turnirin sonunda qalib və mükafatçılara medallar və fəxri fərmanlar təqdim olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью