III “Ulduz Cup” turniri başladı

24.08.2026

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qubada III “Ulduz Cup” beynəlxalq futbol turniri start götürüb.

Futbolpress.az xəbər verir ki, avqustun 27-dək keçiriləcək qarşılaşmalar Gənclər və İdman Nazirliyinin rəsmi “Youtube” kanalında canlı yayımlanacaq.

Quba Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunan turnirdə ümumilikdə 7 ölkədən 12 komanda mübarizə aparır.

İlk qarşılaşmalarda “Sabah” FK-“Paxtakor” FK 0-2, “Neftçi” PFK -“Dinamo Tbilisi” 0-4, “Kayrat”- “Sduşorsi” 4-0 nəticələri qeydə alınıb.

Günün proqramı:

15:00 — “Ulduz Cup” turnirinin açılış mərasimi
16:00 — “Ulduz” FA (Azərbaycan) – “Bunyodkor” FK (Özbəkistan)
17:30 — “Zirə” FK (Azərbaycan) – “Drukarz” KS (Polşa)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью