Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
“Pensiya məbləğinin artırılması ilə yanaşı, pensiyaçıların sosial paketinin genişləndirilməsi, güzəştlərin artırılması və xüsusilə səhiyyə sahəsində əlavə dəstək mexanizmlərinin tətbiqi vacibdir”.
Bu fikri iqtisadçı ekspert Akif Nəsirli 525.az-a deyib.
Onun sözlərinə görə, yaşlı əhalinin böyük hissəsi xroniki xəstəliklərdən əziyyət çəkdiyindən, dərman təminatı və tibbi xidmətlərə çıxış məsələsi pensiya artımlarından daha az əhəmiyyətli deyil:
“Uzunmüddətli perspektivdə pensiya sisteminin maliyyə yükü artmaqda davam edəcək və bu da struktur islahatlarını qaçılmaz edir. Qeyri-formal məşğulluğun azaldılması, əməkhaqlarının leqallaşdırılması və pensiya fonduna daxilolmaların artırılması pensiya məbləğlərinin real şəkildə yüksəldilməsi üçün əsas şərtlərdir. Pensiya artımları sosial baxımdan müsbət addım olsa da, bu artımların davamlı və real rifah artımına çevrilməsi üçün paralel iqtisadi və sosial islahatların həyata keçirilməsi zəruridir”.
Sevinc Qarayeva