İisus Xristos vəfat etdi

09.06.2026

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Rusiyanın Kazan şəhərində pasportla adı İisus Xristos (İsa Məsih) olan 46 yaşlı yerli sakin öz mənzilində ölü tapılıb.
Bizim.Media xəbər verir ki, Rusiya mediasının yaydığı məlumata görə, Şamil Usmanov küçəsindəki binalardan birində yaşayan kişinin meyitini hüquq-mühafizə orqanlarının əməkdaşları aşkar ediblər.
Məlumata görə, spirtli içki aludəçisi olan şəxs bir müddət mənzilindən bayıra çıxmayıb və binanın girişində kəskin qoxu yayıldıqdan sonra qonşular polis və xilasediciləri çağırıblar. Qapı qırılaraq içəri girildikdə onun öldüyü məlum olub.
Mərhumun vəkili "Baza" teleqram kanalına açıqlamasında ölüm hadisəsində hər hansı kriminal elementin olmadığını (təbii səbəblərdən öldüyünü) bildirib.
Hadisənin ən diqqətçəkən tərəfi isə vəfat edən şəxsin adı ilə bağlıdır.
Əsl adı Yevgeni Petroviç Çekulayev olan Kazan sakini 2020-ci ildə rəsmi qaydada adını və soyadını dəyişərək "İisus Xristos" (İsa Məsih) qoyub.
2026-cı ildə yerli prokurorluq bu qərarın ləğv edilməsi və onun yenidən Yevgeni Çekulayev olması barədə məhkəmə qərarı çıxarıb.
Lakin o, köhnə adını qaytarmaqdan imtina edib və bu səbəbdən son vaxtlar məhkəmə icraçılarından gizlənmək üçün evindən bayıra çıxmayıb.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью