Iivan və “Hizbullah” ABŞın atəşkəs təklifi ilə razılaşdı

19.11.2024

Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir.

Livan və “Hizbullah” ABŞ-ın İsraillə atəşkəsə dair təklif etdiyi sazişi qəbul edib, lakin bəzi əlavə qeydlər veriblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Livan parlamentinin sədri köməkçisi Əli Həsən Xəlil “Reuters” agentliyinə bildirib.

Onun sözlərinə görə, Livan ABŞ-ın Beyrutdakı səfiri Liza Consona yazılı cavab göndərib.

Əli Həsən Xəlil bildirib ki, hazırda hər şey İsraildən asılıdır və bu, atəşkəsə nail olmaq üçün göstərilən ən ciddi cəhddir.

Livan rəsmisi əlavə edib ki, qeydlər müsbət mənada təqdim olunub, lakin digər təfərrüatlar açıqlanmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью