İkardi 25 çamadanla İstanbuldan AYRILDI

05.06.2026

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Qalatasaray”ın argentinalı hücumçusu Mauro İkardi İstanbuldan ayrılıb.

Redaktor.az xəbər verir ki, bu barədə türkiyəli insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Futbolçu qısa müddət əvvəl Türkiyəni tərk edərək vətəni Argentinaya yollanıb.

İkardinin hava limanına 25 çamadanla gəlməsi diqqət çəkib.

Qeyd edək ki, daha əvvəl mətbuatda 33 yaşlı forvardın "River Pleyt"ə keçəcəyi barədə xəbərlər yayılmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью