İkardi bu kluba KEÇİR

04.05.2026

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyə Super Liqasına vəsiqə qazanan "Amedspor" səs-küylü transfer planları ilə gündəmə gəlib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Diyarbəkir təmsilçisi yeni mövsüm öncəsi heyətini gücləndirmək üçün iddialı addımlar atmağı planlaşdırır. Klubun diqqət mərkəzində isə Galatasaray formasını geyinən ulduz hücumçu Mauro Icardi var.

İddialara əsasən, "Amedspor" Super Liqada uğurlu çıxış etmək üçün dünya səviyyəli futbolçunu transfer etməyi hədəfləyir. Bununla belə, mümkün keçidin detalları və tərəflər arasında rəsmi danışıqlar barədə hələlik açıqlama verilməyib.

Hüseyn
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью