İkardi əzəli rəqibə transfer olur? Agenti açıqladı

26.06.2026

Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Qalatasaray”ın futbolçusu Mauro İkardi klubdan ayrılmaq istəmir.

Metbuat.az xəbər verir ki, bu barədə onun agenti Elio Pino açıqlama verib. Agent bildirib ki, argentinalı hücumçunun əsas prioriteti “Qalatasaray”la yeni müqavilə imzalamaqdır. Pino hazırda başqa klublardan gələn təklifləri nəzərdən keçirmədiklərini açıqlayıb. Onun sözlərinə görə, İkardi üçün “Qalatasaray” sadəcə klub deyil, böyük bir ailədir. Agent futbolçunun Türkiyədə yalnız “Qalatasaray”ın formasını geyinə biləcəyini vurğulayıb. Pino “Beşiktaş”a mümkün keçidlə bağlı yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.

O, klub prezidenti Dursun Özbekin də İkardinin komandada qalmasını istədiyini qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью