Icma.az bildirir, futbolpress-az portalına istinadən.
Argentinalı hücumçu Mauro İkardi “Qalatasaray”da qalmaq istəyir.
Futbolpress.az xəbər verir ki, bu barədə “Fotomaç” nəşri məlumat yayıb. Forvard klubun nümayəndələri ilə görüşüb və yeni müqavilə danışıqlarına başlayıb.
Daha əvvəl İkardinin klubdan ayrılmaq istədiyi bildirilmişdi.
Forvard 2023-cü ildən “Qalatasaray”da çıxış edir. O, bu mövsüm 45 oyunda 16 qol vurub. 33 yaşlı futbolçunun klubla müqaviləsi yayda başa çatır.