Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Qalatasaray"dan ayrılan argentinalı futbolçu Mauro İkardi türkiyəli azarkeşlərinə vida edib.
Milli.Az xəbər verir ki, futbolçu "Əziz Qalatasaray azarkeşi, sözə haradan başlayacağımı bilmirəm; siz mənim üçün çox önəmlisiniz, ailəmsiniz, məni yoxdan var etdiniz, sizə çox şey borcluyam. Mənə olan sevginiz mənim üçün çox dəyərlidir.
Mən bu kluba ilk gələndə "Qalatasaray onsuz da böyükdür, amma daha da böyük edəcəyik" demişdim və sözümü tutdum.
Sizdən ötrü çox darıxacağam. Futbola Qalatasarayda vida etmək, sizin önünüzdə vida etmək heç də asan olmayacaq, çünki siz mənim bir ailəmsiniz və insan ailəsini buraxıb vida etmək istəmir. Sizi çox sevirəm, yaxşı ki varsınız, hər şey üçün təşəkkürlər, ürəyimin bir küncündə həmişə var olacaqsınız.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)