İkardi hakim qarşısına çıxdı FOTOLAR

30.11.2024

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

"Qalatasaray"ın ulduzu Mauro İkardi ilə həyat yoldaşı Vanda Nara arasında gərginlik artır.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Vanda Nara Argentinada ulduz futbolçuyla boşanmaq üçün məhkəməyə müraciət edib. 

İkardi boşanma prosesində psixoloji qiymətləndirmə üçün Buenos-Ayresdə məhkəmə qarşısına çıxıb. 

Qeyd edək ki, 2022-ci ildə münasibətləri bitmək üzrə olan cütlük 2023-cü ildə barışıb. Bildirilib ki, Vanda Naranın reper L-Qante ilə yeni münasibəti vəziyyəti daha da gərginləşdirib. 

İkardinin isə boşanma işi ilə məşğul olan  vəkili Angela Burgosla yeni münasibətdə olduğu da iddia edilib.

\\Söz.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью