Icma.az bildirir, Yenisabah portalına istinadən.
"Qalatasaray"dan ayrıldıqdan sonra sərbəst agent statusu daşıyan Mauro İkardinin keçən yay keçmiş klubu "İnter"ə qayıtmaq üçün ciddi cəhd göstərdiyi ortaya çıxıb.
“Yeni Sabah” xəbər verir ki, məşhur italyan jurnalisti Fabrisio Biasinin verdiyi özəl məlumata görə, 33 yaşlı argentinalı hücumçu Milan təmsilçisinə dönmək üçün hətta 5-ci hücumçu rolu ilə razılaşacağını və minimum əməkhaqqı almağa hazır olduğunu bildirib. Lakin "İnter" rəhbərliyi keçmiş kapitanının bu təklifini geri çevirərək transferə razılıq verməyib.
Xatırladaq ki, İkardi 2013-2019-cu illərdə "İnter"in şərəfini qoruyub və komandanın kapitanı olub. İtaliya klubunda 219 matçda 111 qol vuran ulduz hücumçu, sonradan qalmaqallı şəkildə Paris təmsilçisi PSJ-yə transfer olunmuşdu. pizza