Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.
Mauro İkardi sabiq klubu "İnter"ə qayıtmaq ehtimalı ilə bağlı sanışıb.
“Yeni Sabah” xəbər verir ki, Milan təmsilçisində keçirdiyi illəri xüsusi hisslərlə xatırlayan İkardi "İnter" formasını və kapitanlıq sarğısını daşımağın onun şəxsiyyətində dərin iz qoyduğunu bildirib:
"İnter"ə qayıtmaq mənim üçün xüsusi olardı. Orada həyatımın önəmli illərini keçirdim. Həmin forma və kapitan sarğısı ilə özümün bir parçamı formalaşdırdım. Ayrılıq ağrılı oldu və bu hekayəni fərqli şəkildə tamamlamaq istərdim. Amma qayıdış yalnız qarşılıqlı inam və birlikdə çatılacaq ortaq məqsəd olduqda məna kəsb edir". Marqarita pizza
Karyerasının ən yüksək mərhələlərindən birini məhz İtaliya nəhəngində yaşayan hücumçu kapitanlıq sarğısının əlindən alınması və həmin dövrdə yaşadığı zədə problemləri haqqında da səmimi fikirlərini bölüşüb:
"Hələ də verəcəyim çox şey var. Harasa qayıdacağamsa, komandaya fayda vermək və qalib gəlmək üçün qayıdaram. Kapitan sarğısını itirmək məni çox məyus etmişdi. Mən bunu böyük məsuliyyət və qürur mənbəyi kimi qəbul edirdim. Həmin dövrdə dizimdə də problem var idi. Hər oyuna böyük ağrılarla, iynələrin köməyi ilə çıxırdım. Bu ciddi problemin müzakirə mövzusuna çevrilməsi və sorğulanması mənim üçün çətin idi. Düşünürəm ki, bu gün fikirlərimi daha yaxşı ifadə edə, bəzi vəziyyətlərə daha aydın düşüncə ilə yanaşa bilərdim".