İkardi İtaliya klublarının radarına düşüb

18.12.2025

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

“Qalatasaray”da çıxış edən argentinalı hücumçusu Mauro İkardinin karyerasını yenidən İtaliya çempionatında davam etdirmək variantları yaranıb.

Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı futbolçu ilə A Seriyasından üç klub maraqlanır. Söhbət “Roma”, “Milan” və “Komo”dan gedir.

İkardinin agentləri artıq adıçəkilən klublarla ilkin danışıqlara başlayıblar. Onun “Qalatasaray”la müqaviləsinin müddəti 2025/26 mövsümünün sonunda başa çatacaq.

O, cari mövsümdə İstanbul təmsilçisinin heyətində 21 oyuna çıxaraq, 8 qol vurub.

İkardi əvvəllər İtaliyada “İnter”in formasını geyinib.

Bruno Fernandeşin gələcəyi yayda müəyyənləşəcək Arauxo “Barselona”ya qayıtmağa hazırlaşır PSJ çempion oldu - “Barselona” və “Bavariya”nın uğurunu təkrarladı “Çelsi”də ciddi itki Suarezin “İnter Mayami”dəki gələcəyinə aydınlıq gəlib
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью