Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyənin “Qalatasaray” klubundan ayrıldıqdan sonra klubsuz qalan argentinalı futbolçu Mauro İkardi karyerasını Almaniyanın “Bavariya” klubunda davam etdirə bilər.
Teleqraf “Bild” nəşrinə istinadən xəbər verir ki, Münhen təmsilçisinə 33 yaşlı hücumçunun transferi təklif olunub.
Nəşr argentinalı futbolçunun təcrübəsi və qol vurmaq bacarığının “Bavariya” üçün uyğun variant olduğunu yazıb.
Qeyd edək ki, Harri Keynin zədələnməsindən sonra hücumçu axtarışına çıxan “Bavariya”nın İkardi ilə yanaşı, Erik-Maksim Şupo-Motinqin mümkün transferini də nəzərdən keçirdiyi bildirilir.