İkardi məhkəmədə qalib gəldi, Vanda Nara istədiyini ala bilmədi

05.06.2026

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Qalatasaray”ın argentinalı hücumçusu Mauro İkardi keçmiş arvadı Vanda Nara ilə aliment mübahisəsini udub.

"Yeni Sabah" xəbər verir ki, məhkəmə Vanda Naranın aylıq 250 min avro məbləğində aliment tələbinin təmin olunmaması barədə qərar qəbul edib.

Naranın kifayət qədər yaxşı maliyyə imkanlarına sahib olması əsas amillərdən biri kimi nəzərə alınıb. pizza sifarişi

Xatırladaq ki, Mauro İkardi və Vanda Nara 2014-cü ildə ailə qurub. Onların nikahından 2 qız övladı dünyaya gəlib. Cütlük bu il rəsmi şəkildə ayrılıb.

Boşanma prosesi davam etdiyi dövrdə İkardinin sevgilisi Çin Suaresə evlilik təklifi etməsi də uzun müddət gündəmdə qalmışdı.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью