İkardi Qalatasaray dan ayrıla bilər

08.02.2025

Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Qalatasaray"ın hücumçusu Mauro İkardi komandadan ayrıla bilər.

Sportal.az xəbər verir ki, ulduz futbolçu mövsümün sonunda İstanbul nəhəngini tərk etmək ehtimalını dəyərləndirir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

Avropada İkardinin xidmətində maraqlı olan klublar var. "Fiorentina", "Atalanta", "Real Sosyedad", "Jirona" və "Vilyarreal" argentinalı forvardı heyətinə qatmaq istəyir.

Qeyd edək ki, Mauro İkardi 2022-ci ilin yayından "Qalatasaray"da çıxış edir. 31 yaşlı hücumçu bu mövsüm "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 14 rəsmi matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli futbolçu uzun müddətdir zədəlidir.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью