İkardi saxlanıldı: Vanda Naranın şikayətindən sonra FOTOLAR

02.12.2024

Publika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Qalatasaray"ın 31 yaşlı argentinalı hücumçusu Mauro İkardi dizindən əməliyyat olunacağı Buenos-Ayresdə qalmaqalla üzləşib.

Publika.az xəbər verir ki, bu barədə "The Sum" məlumat yayıb.

Futbolçu tibbi prosedurdan əvvəl keçmiş həyat yoldaşı Vanda Naranın evində müvəqqəti yaşamaq qərarına gəlib. Lakin aralarındakı mübahisədən sonra Vanda polislə əlaqə saxlayıb. İkardinin onu silahla hədələdiyini və həyati təhlükəsinin olduğunu bildirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları İkardinin mənzilinə gələndə futbolçu yuxuda olub. Axtarış zamanı heç bir silah tapılmayıb. Lakin Mauro polis bölməsinə aparılıb.

İkardi idarəni tərk etdikdən sonra dostunun evinə yerləşib. Polisin İkardiyə keçmiş həyat yoldaşı və onun evinə yaxınlaşmaq qadağası qoyduğu məlum olub.

Qeyd edək ki, futbolçu bir neçə gündən sonra dizindən əməliyyat olunacaq.

Xatırladaq ki, Türkiyə çempionatının cari mövsümündə İkardi klubun heyətində 7 oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

Heybət

\

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью