İkardi üçün “elçilər”

17.03.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Argentinalı hücumçu Mauro İkardi mövsümün sonunda “Qalatasaray”dan ayrıla bilər.

Futbolpress.az xəbər verir ki, İspaniyadan “Real Sosyedad”, “Jirona”, “Vilyarreal”, İtaliyadan “Fiorentina”, “Napoli”, “Atalanta” və “Roma” oyunçunun xidmətində maraqlıdır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

“Qalatasaray” rəhbərliyi forvardla bağlı hələ qərarını verməyib.

32 yaşlı hücumçu bu mövsüm Super Liqada 7 oyunda 4 qol vurub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью