Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
Azad agent olan Mauro İkardi karyerasını İngiltərədə davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Tottenhem” argentinalı hücumçu ilə müqavilə imzalamaq niyyətindədir. Bu barədə “Calcio Mercato” nəşri məlumat yayıb.
London klubu 33 yaşlı futbolçu ilə danışıqlara başlayıb.
Son ünvanı “Qalatasaray” olan İkardi daha əvvəl “İnter” və PSJ kimi komandalarda top qovub.