Olay.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qalatasaray ilə müqaviləsi başa çatan futbolçu Mauro İkardinin bir müddətdir münasibətdə olduğu aktrisa Çina Suarez ilə arasında problem yaşandığı iddia edilib.
OLAY yazır ki, təxminən 1,5 il davam edən münasibətin bitməsinə səbəb kimi "xəyanət" iddiası göstərilir. İddiaya əsasən, Suarez İkardinin model Ekaterina Ojeda ilə gizli şəkildə mesajlaşdığını aşkarlayıb. Bundan sonra Suarezin İkardi ilə birlikdə yaşadığı evi tərk edərək uşaqları və iti ilə birlikdə öz evinə köçdüyü bildirilib.
Mauro İkardi və Çina Suarez məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər. Bununla belə, onların sosial media hesablarında hələ də bir-birlərini izlədikləri və birlikdə çəkilmiş fotolarını silmədikləri müşahidə olunub.