İkardi yeni sevgilisini göstərdi

10.01.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Vanda Nara ilə boşanma prosesində olan "Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardi yeni sevgilisi ilə fotolarını paylaşıb.

Oxu.Az xəbər verir ki, zədəsini Argentinada müalicə etdirən İkardi yeni sevgilisi, argentinalı aktrisa Çina Suareslə görüntülənib.

"Ən yaxşı hekayələr heç gözləmədiyin anda gəlir deyirlər. Tale elədir ki, o həmişə iki insanı bir araya gətirməyin bir yolunu tapır. Çünki elə görüşlər olur ki, sanki ulduzlara yazılıb. Uşaqlığımızdan bəri hər gecə birlikdə izlədiyimiz və arzuladığımız görüşlər... Bu gün daha çox işarəyə ehtiyacım yoxdur. Bilirəm ki, səninlə olmalı olduğum yerdəyəm", - İkardi "Instagram"da yazıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью