İkardidən Qalatasaray a böyük JEST

02.01.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Türkiyənin "Qalatasaray" klubu futbolçusu Mauro İkardi ilə yeni müqavilə imzalamağa hazırlaşır.

"Cebheinfo.az" xəbər verir ki, dünya ulduzu ilə 2+1 illik yeni müqavilə imzalanması gözlənilir. 

Hazırda illik 10 milyon avro qazanan argentinalı futbolçu maaşında ciddi endirimə gedib. İkardi karyerasına "Cim-Bom"da davam etmək üçün illik 4,5 milyon maaşa razılaşıb.

Qeyd edək ki, Mauro İkardi "Qalatasaray"da 3 dəfə Super Liqa, 1 dəfə Türkiyə Kuboku, 1 dəfə isə Türkiyə Super Kubokunu qazanıb. 

Elmir Mustafa
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью