İkardidən Qalatasaray” azarkeşlərinə PİS XƏBƏR Yeni Sabah

08.11.2024

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyənin "Qalatasaray" klubunun ulduzu Mauro İkardinin çarpaz bağı qopub və menisk nahiyəsindən zədələnib.

Yenisabah.az xəbər verir ki, bu barədə hücumçu özü açıqlama yayıb.

O, bildirib ki, pis xəbər bu səhər təsdiqlənib.

31 yaşlı futbolçu bir neçə ay yaşıl meydanlardan uzaq qalacağını da vurğulayıb.

Xatırladaq ki, İkardi ötən gecə Avropa Liqasının ümumi mərhələsinin 4-cü turu çərçivəsində "Tottenhem"lə keçiriçən matçda zədələnib. Argentinalı matçın 85-ci dəqiqəsində "Tottenhem"in qapıçısı Freyzer Forsterlə toqquşub. Daha sonra o xərəkdə meydançadan ayrılıb.

Xatırladaq ki, o, bu mövsüm "Qalatasaray"ın heyətində 11 matçda 6 qol vurub, 2 məhsuldar ötürmə edib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью