İkardidən “Qalatasaray”a şərt Dursun Özbəkdən sərt cavab

15.06.2026

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Qalatasaray”ın hücumçusu Mauro İkardi klub rəhbərliyindən oyun zəmanəti istəyib.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi argentinalı futbolçuya illik 5 milyon avroya yaxın 1+1 illik yeni müqavilə təklif edib.

Lakin İkardi 2 aya yaxındır klubun təklifinə cavab verməyib.

Meneceri Elio Pino vasitəsilə aparılan son danışıqda futbolçu Dursun Özbəkdən oyun zəmanəti tələb edib.

“Qalatasaray” prezidenti isə bu istəyi rədd edib:

“Bura ‘Qalatasaray’dır! Nə sənin, nə də mənim istədiyim olar. ‘Qalatasaray’ın istədiyi olar. Mən prezident kimi baş məşqçiyə ‘İkardini ən azı 20 matç oynadacaqsan’ deyə bilmərəm”.

Tətildə olan İkardi eyni zamanda digər təklifləri də dəyərləndirir. Onun yekun qərarından sonra “Qalatasaray”ın ikinci hücumçu planı dəqiqləşəcək.

Türkiyə millisi FIFA reytinqində gerilədi: 5 pillə birdən Fil Dişi Sahili 3 xalı son dəqiqədə qazandı – YENİLƏNİB Terim Türkiyə millisinə inamını itirmir: "2008-dəki kimi" DÇ-ya buraxılmayan hakimə təsəlli – FIFA pulunu verəcək Türkiyə üçün fəlakət ssenarisi – DÇ macərası bitə bilər
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью