İkardidən tarixi nailiyyət Hacinin rekordu qırıldı

05.02.2026

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İkardidən tarixi nailiyyət - Hacinin rekordu qırıldı

"Qalatasaray"ın futbolçusu Mauro İkardi klub tarixinin ən yaxşı göstəricisinə imza atıb.

QOL.az xəbər verir ki, 32 yaşlı hücumçu Türkiyə kubokunun 3-cü turunda "İstanbulspor"la görüşdə (3:1) fərqlənməklə nail olub. 

İkardi "Qalatasaray"ın heyətində vurduğu qolların sayını 73-ə çatdırıb. Beləliklə, argentinalı oyunçu "Qalatasaray"ın əfsanələrindən olan George Hacinin rekordunu qıraraq klub tarixində ən çox qol vuran legioner olub.

Rumıniyalı Haci İstanbul təmsilçisi üçün 72 dəfə fərqlənib. O, 1996-2001-ci illərdə "Qalatasaray"da oynayıb.

“Cim-Bom”dakı dördüncü mövsümünü keçirən İkardi 73 qol göstəricisinə 118 matçda çatıb. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью