Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyə Super Liqasının XVII turu çərçivəsində “Qalatasaray” öz meydanında “Kasımpaşa” ilə qarşılaşıb.
Apasport.az xəbər verir ki, görüş “sarı-qırmızılılar”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
İstanbul təmsilçisinin heyətində sonuncu qolun müəllifi olan Mauro İkardi klub tarixində əlamətdar göstəriciyə imza atıb.
Belə ki, 32 yaşlı hücumçu Super Liqada vurduğu 60-cı qolla Corc Hacini geridə qoyaraq “Qalatasaray” tarixində daxili çempionatlarda ən çox qol vuran əcnəbi futbolçu adını qazanıb.
Qeyd edək ki, İkardi 2022-ci ildən “Qalatasaray”da çıxış edir.
Haland Premyer Liqa tarixinə düşüb Ange Postekoqlu Premyer Liqaya qayıda bilər “Vulverhempton”dan antirekord Martinezin yerinə Ter Ştegen: Danışıqlar başlayıb "Fənərbaxça"da ciddi itki: Talişka zədələnib