İkardinin əməliyyat olunduğu xəstəxana müzakirə yaratdı FOTO

04.12.2024

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Zədələnərək mövsümü bağlayan "Qalatasaray"ın ulduz futbolçusu Mauro İkardi əməliyyat olunub.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkəsi Argentinada öz seçdiyi xəstəxanada əməliyyat olunan İkardinin paylaşdığı foto çox danışılıb.

Olduqca təvazökar bir xəstəxanada əməliyyat olunan İkardinin paylaşdığı fotoya "Niyə belə bir xəstəxanada əməliyyat olunub?", "Daha dəbdəbəli xəstəxana tapa bilmədimi?" tipli şərhlər yazılıb.

Qeyd edək ki, 31 yaşlı futbolçu ön (çarpaz) bağ zədələnmələri səbəbindən əməliyyat edilib. 

Xatırladaq ki, hücumçu UEFA  Avropa Liqasının "Tottenhem"lə (İngiltərə) matçında zədələnərək çarpaz bağları qopub.

Fidan
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью