İkardinin İstanbul macərası uzun sürmədi

07.02.2025

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

"Qalatasaray"ın ulduzu Mauro İkardi müalicəsini davam etdirmək üçün İstanbula dönsə də, onun Türkiyədə çox qala bilməyib.

Bakıvaxtı.az bu barədə Türkiyə mediasına istinadla xəbər verir.

Məlumata görə, Mauro İkardi zədəsindən sonra Argentinaya qayıdıb və həyat yoldaşı Wanda Nara ilə boşanma prosesi səbəbindən uzun müddət İstanbuldan uzaq qalıb.

O, Nara ilə münasibətini bitirdikdən sonra yeni sevgilisi China Suarezlə İstanbula qayıdıb. Ancaq İkardinin Türkiyə macərası uzun sürməyib. Belə ki, ulduz futbolçu Wanda Nara ilə yaşadığı problemli boşanma davası və uşaqlarının qəyyumluğu ilə bağlı hüquqi proses üçün yenidən Argentinaya qayıtmalı olub.

Murad Məmmədli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью