İkardinin “Qalatasaray”dakı gələcəyi bəlli oldu

08.08.2025

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Qalatasaray” Mauro İkardinin gələcəyi ilə bağlı qərarını verib.

Apasport.az xəbər verir ki, ötən mövsümü zədə səbəbindən buraxan Mauro İkardi komandada qalacaq.

“Sarı-qırmızılılar” 32 yaşlı hücumçu ilə yollarını davam etdirmək istəyir.

İstanbul təmsilçisi, müqaviləsi 2026-cı ilin yayında başa çatacaq forvardla əlavə iki illik yeni sözləşmə imzalamaq niyyətindədir.

“Qalatasaray” rəhbərliyi İkardiyə illik 6 milyon avro məbləğində hazırkı maaşını təklif etməyi planlaşdırır.

“Cimbom” argentinalı futbolçunu komanda üçün çox vacib oyunçu hesab edir və müqavilənin tezliklə rəsmiləşməsini istəyir.

Qeyd edək ki, Mauro İkardi 2022-ci ildən “Qalatasaray”ın formasını geyinir.

“Lev Yaşin” mükafatına namizədlər açıqlanıb Premyer Liqa klubunda ayrılıq - RƏSMİ İlin ən yaxşı baş məşqçisi adına namizədlər bəlli olub Sabiq "Fənər"li Super Liqa klubunda "Çelsi"dən "Börnli"yə - RƏSMİ
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью