Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Argentina millisinin sabiq üzvü Mauro İkardi 2099-cu ilə qədər sürücülük hüququndan məhrum edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Argentina Nəqliyyat Nazirliyi məlumat yayıb.
Buna səbəb isə İkardinin müddəti bitmiş sürücülük vəsiqəsi ilə mikroavtobus idarə etməsi olub. Həmçinin, onun sevgilisi Çina Suares təhlükəsizlik kəmərini açıb və bədəninin çox hissəsini avtobusun şüşəsindən çölə çıxarıb.
Nəticədə o, 73 il ərzində sürücülük hüququndan məhrum edilib.