İkardiyə ölkədən çıxış qadağası Vanda Nara şikayət edib

24.06.2026

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Qalatasaray”ın hücumçusu Mauro İkardi ilə bağlı Argentinada qərar qəbul olunub.

Apasport.az xəbər verir ki, bu barədə “Corriere dello Sport” məlumat yayıb.

Mənbənin iddiasına görə, argentinalı futbolçuya ölkədən çıxış qadağası qoyulub. Qərar Vanda Naranın hüquqşünaslarının məhkəməyə müraciətindən sonra qəbul edilib.

Müraciətin səbəbi Vanda Nara ilə Mauro İkardi arasında davam edən boşanma və uşaqların qəyyumluğu ilə bağlı məhkəmə çəkişməsidir.

Argentina mediasının yazdığına görə, Vanda Naranın hüquq komandası İkardinin ölkədən çıxmasının məhkəmə prosesinə və uşaqlarla bağlı qərarların icrasına mane ola biləcəyini əsas gətirərək məhdudiyyət tələb edib.

İkardinin yaxın vaxtlarda Türkiyədən 25 çamadanla ayrıldığı bildirilir.

Futbolçunun vəkilləri isə qərarla bağlı təcili məhkəmə iclası tələb ediblər.

Ronaldo: “Sanki futbolu bitirmişdim” - Çətin həftədən danışdı Ronaldo yenə seçildi - Portuqaliya matçının ən yaxşısı oldu "Fənərbaxça"ya isveçli müdafiəçi: Danışıqlar başlayır Ronaldo üçün rekordlar günü: DÇ-nın dubl edən ən yaşlısı 41 yaşında yeni rekord - Ronaldo Portuqaliya tarixində birinci
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью