sport24.az saytına istinadən Icma.az xəbər verir.
İngiltərə təmsilçisi "Tottenhem" Mauro İkardinin xidmətində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "Calciomercato" məlumat yayıb.
"Tottenhem"in bu addımı atmasının əsas səbəblərindən biri hücum xəttində yaşanan problemlərdir. London klubu Premyer Liqanın ilk 4 turunda cəmi 1 qol vurub. Komanda "Brentford"a 0:3, "Nyukasl"a 0:2 hesabı ilə uduzub, "Nottingem Forest" və "Everton"la qolsuz heç-heçə edib.
Qeyd edək ki, Mauro İkardi "Qalatasaray"dan ayrıldıqdan sonra hazırda azad agentdir. Argentinalı hücumçunun adı bir müddət əvvəl "Latsio" ilə yanaşı hallanırdı.