Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
Axtarışı aparan qrup rəhbəri Məhəmməd Əbu Dan bildirib ki, dağıntılar altında itkin düşən 157 nəfərin cəsədi tapılmayıb və onların taleyi ilə bağlı heç bir iz aşkar edilməyib. Əbu Şəriə ailəsinin üzvü Yusuf Əbu Şəriə bildirib ki, bombalanmaya məruz qalan ailə üzvlərinin bəziləri tamamilə parçalanıb və onlardan heç nə qalmayıb.
Məlumatda o da qeyd olunub ki, 2023-cü ilin noyabr ayında İsrail ordusu Qəzzanın Səbra məhəlləsindəki üç binanı bombardman etməsi nəticəsində Əbu Şəriə və Əl-Həsəyinə ailələrindən təxminən 300 nəfəri ölüb.
Qalıqları çıxarılan 112 fələstinlinin dəfn mərasimi avqustun 4-də keçirilib.
Mürtəza