İki alpinist qadın İTDİ

19.11.2024

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyədə iki belaruslu qadın alpinist itib.

Bakıvaxtı.az bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.

Məlumata görə, Niğdenin Çamardı rayonundan Aladağlara getmək üçün yola düşən belaruslu alpinist əkiz bacılardan xəbər almaq mümkün olmayıb.

Bölgəyə gələn AFAD və Jandarma Axtarış-Xilasetmə (JAK) qrupları qadın alpinistləri tapmaq üçün havada və quruda axtarışa başlayıb.

Mina Mikayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью