İki avtomobil toqquşdu, xəsarət alanlar var

23.04.2026

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, rayonun Vurğun qəsəbəsində hərəkətdə olan “Mersedes” və digər avtomobil toqquşub.

Hadisə zamanı 1970-ci il təvəllüdlü Ç. Mustafayev,1980-ci il təvəllüdlü E. Rəhimov və A. Əsgərov xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью