iki axmaq ərəbə görə Peyğəmbəri təhqir edən… Kəramət Böyükçöl

19.08.2025

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şəhidlər Xiyabanında qeyri-etik hərəkətlər edərək saxlanılan turistlərin müzakirəsi davam etməkdədir. 

Belə ki, sosial şəbəkələrdə bununla bağlı müxtəlif fikirlər var. 

Xüsusi ilə inancsız insanlar tərəfindən səslənən iddiaların bir qismi belədir:

“Biz onların ölüsünüz 1400 ildir yas saxlayırıq”, “Ərəbə yas saxlayanda bilmirdiniz belə olacaq?”.

Bu cür fikirlər həm də cəmiyyətdə çaşqınlıq yaradıb. 

Razılaşanlarla yanaşı, razılaşmayanlar da çoxdur. 

Məsələ ilə bağlı Gununsesi.info-ya yazıçı Kəramət Böyükçöl də münasibət bildirib.

O, bu barədə deyib:

“Hansısa iki axmaq ərəbə görə Peyğəmbəri təhqir edən adamlar var. Bu, çox ziyanlı təfəkkürdür. O cür adamların şəhid məzarını təhqir edən ərəblərdən heç bir fərqi yoxdur. Məsələ qanun çərçivəsində həll olunacaq”.

Afət

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью