İki ayda 8 milyard kubmetr qaz hasil edilib

17.03.2025

Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

AzVision.az -ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun 6 milyard 309,6 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.
Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 2,9 % az, əmtəəlik qaz hasilatı isə 0,1 % artıb.
Ötən iki ay ərzində Azərbaycanda 4 milyon 478,7 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 4 milyon 467,6 min tonu əmtəəlik xam neftin payına düşüb.
Hesabat dövründə neft hasilatı və əmtəəlik neftin həcmləri 2024-cü ilin yanvar-fevral ayının göstəriciləri ilə müqayisədə 6,2 % azdır.
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью