İki ayda fiziki və hüquqi şəxslər 200 mln. manata yaxın depozit gəliri əldə ediblər

02.04.2025

Icma.az bildirir, Apa.az portalına istinadən.

2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanda banklar cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 197.6 milyon manat faiz ödəyiblər.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 57.5% və ya 72.1 milyon manat artıb. 2024-cü ilin müvafiq dövründə banklar 125.5 milyon manat depozit faizi ödəmişdilər.

Qeyd edək ki, cari il mart ayının 1-nə banklarda hüquqi və fiziki şəxslərin depozitlərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8.2% artaraq 37 milyard 837 milyon manata bərabər olub.

Xatırladaq ki, hesabat dövründə Azərbaycanda fəaliyyət göstərən 22 bank ümumilikdə 752.6 milyon manat faiz gəliri əldə ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью