“İki aydır Emin Əmrullayevə zəng edirəm, tapa bilmirəm” Deputat

21.09.2026

Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.


“Mən iki aydır Emin Əmrullayevə zəng edirəm, onu tapa bilmirəm”.
Yeniavaz.com
“Qafqazinfo”ya istinadla xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deyib.
“Qaradonlu məktəbinin 120 illiyi olacaq. Düzdür, mənə çatan məlumata görə, oktyabrın 10-u nazir gələcək, qeyd edəcəklər. Mənə cavab vermir. Təqvimimdə yazmışam, zəng etdim, cavab vermədi. Axı sənin köməkçin var. Tutaq ki, sənin günorta çox vacib işlərin oldu, görmədin. Sabah bax gör sənə kimlər zəng edib. Sənə hansısa Həsən, Hüseyn yox, deputat zəng edib. Bir soruş ki, zəng etmisən, nə məsələdir”, - deputat bildirib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью