Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Arsenal”ın oyunçularından biri uzun müddət futbol oynaya bilməyəcək.
Noni Madueke ciddi zədələnib. O, premyer-liqanın 5-ci turun “Mançester Siti” ilə matçında sırada çıxıb.
“The Athletic”in yaydığı məlumata görə, 23 yaşlı hücumçu zədə səbəbindən 2 ay yaşıl meydanlardan kənarda qalacaq.
Xatırladaq ki, Noni “Arsenal”a iyul ayında 50 milyon funt sterlinqə “Çelsi”dən keçib.