Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Aysu və Fatimə Əliyevanın yardımsevər şəxslərin dəstəyinə ehtiyacları var. Bu barədə Oxu.Az-a onların anası Fizzə Əliyeva məlumat verib.
O, övladlarının oktyabrın 5-də ehtiyatsızlıq üzündən yanıq xəsarətləri aldığını deyib: "Biz Siyəzəndə yaşayırıq, uşaqlar evdə oynayarkən sobanı dartıblar, qaynar çaydanı üzərilərinə aşırıblar.
Elə həmin gündən də xəstəxanada müalicələr etdiririk. Fatimənin, demək olar ki, bütün bədəni yanıb.
Müalicələri tamamlanandan sonra o, bir neçə dəfə əməliyyat olunmalıdır. Ağrıları dözülməzdir.
İki uşağı birdən müalicə etdirmək, inanın, bizim üçün çox ağırdır".
Gənc ana övladları üçün dəstək istəyib: "Bizim Aysu və Fatimədən başqa bir oğlumuz da var.
Yoldaşım mühafizəçi işləyir, qızlar yanandan bəri o da işə gedə bilmir.