İki boksçumuz Avropa çempionatının 1/4 FİNALINDA

02.10.2025

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Çexiyanın Ostrava şəhərində 19 yaşadək boksçular arasında Avropa çempionatı davam edir.

İdman.biz xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb.

50 kq-da Bilalhəbaşi Nəzərov adını 1/4 finala yazdırıb. Boksçumuz Kurt Makintireni (İrlandiya) məğlub edib – 5:0 (30:27, 30:27, 30:27, 30:24, 30:27). O, növbəti görüşündə Maksim Şlyakovi (Ukrayna) ilə üz-üzə gələcək. Döyüş oktyabrın 4-də olacaq.

Zidan Hümbətov (55 kq) isə Ahmet Yılmazdan (Türkiyə) güclü olub. Təmsilçimiz rəqibini 5:0 (28:27, 29:26, 29:26, 30:25, 29:26) hesabı ilə məğlub edib. Hümbətov 1/4 finalda Saşa Menkaroni (İtaliya) ilə döyüşəcək. Görüş oktyabrın 5-də keçiriləcək.

Qeyd edək ki, Avropa çempionatına oktyabrın 9-da yekun vurulacaq.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью