İki boksçumuz dünya kubokunun finalında

27.11.2026

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

Noyabrın 28-də Özbəkistanın paytaxtı Daşkənddə boks üzrə Dünya kubokunun final mərhələsi start götürəcək.

Apasport.az xəbər verir ki, 6 gün davam edəcək yarışda Azərbaycan millisi 2 idmançı ilə təmsil olunacaq.

Baş məşqçi Ravşan Xocayev və məşqçi Etibar Abdullayevin rəhbərliyi altında rinqə Nəbi İsgəndərovla (70 kq) Məhəmməd Abdullayev (+90 kq) çıxacaqlar.

World Boxing-in 2026-cı il üzrə təşkil etdiyi üçmərhələli Kubok seriyasının həlledici yarışında hər çəki dərəcəsində 8 boksçu mübarizə aparacaq. Onlardan biri ev sahibi Özbəkistanın kvotası ilə, digər 7-si isə Braziliya və Çində keçirilmiş əvvəlki mərhələlərin nəticələrinə əsasən müəyyənləşdirilib.

Qeyd edək ki, boksçularımız Dünya kubokundan öncə Daşkənddə 12 günlük beynəlxalq təlim-məşq toplaşına qatılıb.

Avropa çempionatı: İki boksçumuz yarımfinalda Azərbaycan boksçusu ilə döyüşdə erməni rəqibi diskvalifikasiya olunub Azərbaycanın iki boksçusu Avropa çempionatına qələbə ilə başlayıb Avropa çempionatında boksçularımızın ilk rəqibləri bəlli olub Azərbaycan millisi U-23 Avropa çempionatında 7 boksçu ilə mübarizə aparacaq
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью