Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən böyüklər arasında Avropa çempionatında Azərbaycan boks millisinin üzvləri mübarizəni davam etdirirlər.
İdman.Biz xəbər verir ki, Sübhan Mamedov (50 kq) və Nəbi İsgəndərov (70 kq) finala yüksəliblər.
Sübhan Mamedov qızıl medal uğrunda bu gün Bair Batlayevlə (Rusiya) qarşılaşacaq. Nəbi İsgəndərov isə finalda sentyabrın 25-də Sergey Koldenkovla (Rusiya) üz-üzə gələcək.
Səidcəmşid Cəfərov (75 kq) da yarımfinala yüksəlib və ən azı bürünc medalı təmin edib. O, finala vəsiqə uğrunda bu gün İngiltərə təmsilçisi Kalum Meykinlə qarşılaşacaq.
Qeyd edək ki, Avropa çempionatı sentyabrın 25-də başa çatacaq.