İki boksçumuz “Strandja” turnirinin 1/4 finalında

27.02.2025

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə beynəlxalq “Strandja” turniri davam edir.

İdman.biz xəbər verir ki, yarışa Azərbaycan millisinin daha 2 idmançısı qələbə ilə start verib.

75 kq-da çıxış edən Mirşərif Kazımzadə irlandiyalı Qavin Rafferti ilə döyüşüb. Görüş boksçumuzun 5:0 (30:27, 29:28, 29:28, 30:27, 29:27) hesablı qələbəsi ilə başa çatıb. Kazımzadə 1/4 finalda Cavohir Ummataliyevlə (Özbəkistan) üz-üzə gələcək.

Sərxan Əliyev (71 kq) 1/8 finalda Əsgərxan Madiyevlə (Gürcüstan) qarşılaşmalı olsa da, rəqib döyüşə gəlməyib. Boksçumuz ikinci döyüşündə Farux Toxtassunovu (Qazaxıstan) sınağa çəkəcək.

Qeyd edək ki, turnirə martın 2-də yekun vurulacaq.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью