Icma.az xəbər verir, Oxumeni.az saytına əsaslanaraq.
İki Bolqarıstan vətəndaşı Rusiya Federasiyasının xeyrinə casusluq ediblər
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Rusiya xeyrinə casusluqda ittiham olunan 5 Bolqarıstan vətəndaşından ikisi London məhkəməsində günahını etiraf edib. Bu barədə Britaniyanın Financial Times (FT) qəzeti yazır.
46 yaşlı Orlin Rusev və 43 yaşlı Bizer Djambazov məhkəmədə bildiriblər ki, onlar Rusiya Federasiyasının xeyrinə casusluq etmək üçün sui-qəsdin iştirakçıları olublar. Katrin İvanova, İvan Stoyanov və Vanya Qaberova hələ də günahsız olduqlarını iddia edirlər. Prokuror Alison Morqan açıqlamasında bildirib ki, müttəhimlər “Böyük Britaniyanın düşməni olan Rusiya üçün məlumat toplamaq” planlaşdırıblar.
Casusluq işi üzrə məhkəmə prosesi bu həftə başlayıb.
Oxuməni.az