İki böyük dövlət rus neftindən imtina edir

23.10.2025

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ-ın “Rosneft” və “Lukoil”a qarşı genişmiqyaslı sanksiyalarından sonra Çinin dövlət neft şirkətləri Rusiya neftinin dəniz yolu ilə alışını dayandırıb.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Bildirilib ki, Çinin dövlət neft emalı zavodları gündə 500 min bareldən çox neft alır.

Bundan əlavə, Çin şirkətlərinin müvafiq addımı Hindistanın da Rusiya neftinin alışını azaltması ilə eyni vaxta təsadüf edir.

İki ən böyük alıcının neftə tələbatının kəskin azalmasının Rusiya büdcəsinə gərginlik yaradacağı gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью